Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir

Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir


"Ağ Evdə növbəti ABŞ və Ukrayna prezidentlərinin görüşü baş tutdu və bu görüşü Rusiya və Ukrayna arasında davam edən müharibənin sona çatdırılması istiqamətində aparılan danışıqlar prosesinin davamı olaraq hesab etmək olar".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, ABŞ prezidenti Tramp yaxın günlərdə Rusiya prezidenti Putinlə Alyaskada görüşdülər və Vaşinqtonda Ukrayna prezidenti Zelenski ilə görüş məhz Putinlə aparılan danışıqlar prosesinin davamıdır:

"Əlbəttə ki, ABŞ prezidenti Trampın bu istiqamətdə apardığı görüşlər çətin də olsa Rusiya və Ukrayna arasında davam edən müharibənin durdurulmasına böyük təsir göstərir və Tramp iki ölkə arasında sülhün bərqərar olması üçün qətiyyətli görünür. Vaşinqton görüşü əslində Putinin şərtlərini müzakirə etmək və xüsusilə də güzəştlərə getməyə Ukraynanı hazırlamaq məqsədi daşıyırdı. Bu baxımdan Ukrayna prezidenti Zelenski ərazilərin mübadiləsi ilə bağlı təklifə etiraz etməyib. Bundan başqa Putinin şərtləri arasında işğal etdiyi Donetsk, Luqansk, Zaporoje və Xersonun Rusiyaya qatılması da var. Hansı ki, ABŞ Ukraynaya bu şərti, Kiyevin ömürlük təhlükəsizliyi müqabilində qəbul etməsini israr edir. Bu məsələdə Ukrayna prezidenti Zelenski razılaşmaq istəmir və məsələ ətrafında Rusiya prezidenti Putinlə və Trampın da iştirakı ilə görüşmək istədiyini qeyd edib".

Ekspert bildirib ki, danışıqlar prosesi əvvəlki dövrlərlə müqayisədə daha çox razılaşmalar ətrafında aparılır:

"Hesab edirəm ki, yaxın gələcəkdə qismən də çətin görünən razılaşmalar əldə oluna bilər. Çünki, Ukrayna hazırda çox çətin duruma salınıb və prezident Zelenskinin işğal olunmuş əraziləri geri qaytarmaq imkanı yoxdur və bundan sonra yenidən torpaq itkisinə məruz qalma riski də var. Bütün bunlar Ukraynanın Rusiyanın sərtlərini qəbul etməsini təmin edən vəziyyətlərdir. Bu baxımdan ABŞ prezidenti Trampın bundan sonra Putinlə daha bir görüş keçirmək kimi ehtimal var. Çünki, hazirkı vəziyyəti və durumu əldən verməmək məqsədi ilə nəticə əldə etmək imkanı mövcuddur. Mövcud durum onu deməyə əsas verir ki, Rusiya və Ukrayna arasında sülhün bərqərar olmasına zəmin yaradılmaq üzrədir və davam edən proseslər buna doğru gedir".

Anar Əliyev
Xəbəri paylaş