Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanın Çində Mədəniyyət Mərkəzi açılıb

Qazaxıstanın Çində Mədəniyyət Mərkəzi açılıb


Çinin paytaxtı Pekində Qazaxıstan Mədəniyyət Mərkəzinin təntənəli açılışı olub.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Çində Qazaxıstan Mədəniyyət Mərkəzinin açılış mərasimində iştirak edib.

Tokayev çıxışında qeyd edib ki, iki xalq arasında mədəni-humanitar əlaqələr möhkəm olarsa, dostluq möhkəmlənəcək. Onun sözlərinə görə, incəsənət və mədəniyyət müxtəlif xalqları birləşdirən qızıl körpüdür.

Tokayev mərkəzin açılışını tarixi hadisə kimi xarakterizə edib:

"Bunu doğrudan da tarixi hadisə adlandırmaq olar. Bu, qazax xalqının Çin xalqına fədakar məhəbbətidir. Bu, həm də Çin xalqının qazaxlara göstərdiyi dostluq hissləridir".

Anar Əliyev
Xəbəri paylaş