
Çinin Tiencin şəhərində keçirilən ŞƏT+ toplantısında iştirak edən Azərbaycan Prezidentinin xanımı Mehriban Əliyeva ilə Ermənistan baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyanın görüşü sülh quruculuğu prosesinə töhəverici addım kimi dəyələndirilə bilər.
Müdriklər yüzilliklər boyu qadınların sülh çarçısı kimi əvəzolunmaz tarixi simalarına xüsusi önəm veriblər. Məşhur filosof P.Ado antik dövrdə qadınların cəmiyyəti necə barışdırmağı və idarə etməyin sirrini bilən müdrik qüvvə hesab edirdi.
Məşhur yunan filosofu Platon belə hesab edirdi ki, dialoq və açıq ünsiyyət hər bir mübarizəni və problemin həllində, ortaq məxrəcə gəlməkdə mühüm rol oynayır.
“Qurani-Kərim” də qadınların barış və sülh rəmzi olmasına dair dəyərli ayələr yer alır. Deyilir ki, ən ağır mübahisəni də gözəl sözlərlə aparın, elə davranın ki, düşmənin barışacağı günü də əvvəlcədən görə biləsiniz.
Qadınlar diplomat kimi bəşəriyyəti qana sürükləyən qanı dayandırıb, sülh gətirib.
Dünyada humanizm simvolu kimi tanınan Azərbaycanın xanımı Mehriban Əliyevanın sərhəd tanımayan bəşəri insanpərvərliyi, sülh amalları hər zaman yüksək dəyərləndirilib. Dünyanın ən ali təşkilatları, İSESCO, müxtəlif ölkələrin ali təltiflərinə layiq görülməsi Mehriban Əliyevanın sülhpərvərliyinə verilən möhtəşəm etimad nümunəsidir.
Mehriban xanım Prezident İlham Əliyevin ən yaxın silahdaşı kimi sülh missiyasında da yaxından iştirak edib, Qafqazda və digər regionlarda örnəkverici missiya daşıyır. O, bölgədə müharibənin əleyhdarı kimi erməni analarına öz balalarını işğal siyasətinin qurbanı olmamağa çağırıb. Həmişə iki xalqın sülh və əmin-amanlıq şəraitində yaşamalı olduğunu diqqətə çatdırıb, eyni zamanda bütün ifadələrində erməni faşizmi ilə erməni xalqı arasında fərqi dəqiqliklə göstərib.
Müharibənin ən ağır günlərində belə əsl ana, Azərbaycan qadını kimi sonadək barış və sülhə qollarını açıb, bircə kəlmə ilə də olsa, kinini və nifrətini ifadə etməyib.
Onun Anna Akopyana uzadılan sülh əlinin də məramı barış və siyasi dialoqla anlaşmanın əldə olunmasına xidmət edirdi. Müharibə bitdikdən sonra Ermənistanda revanşizm meyillərinə baxmayaraq, cənab İlham Əliyev və Azərbaycanın Birinci vitse-prezidenti sülh çağırışları ilə qarşı tərəfi normal qonşuluğa dəvət etdi, lüzumsuz iddialardan geri çəkilməyi məsləhət bildi.
Azərbaycanın bu müdrik və sülhsevər siyasətini Ermənistan üçün də nicat yolu olduğunu başa düşən Paşinyan sülh quruculuğunda iradə nümayiş etdirdi, ötən ay Vaşinqtonda tarixi saziş imzalandı.
Birinci vitse-prezident Mehriban Əliyeva həmin sazişi alqışlayarq sosial şəbəkə hesabındakı paylaşımda yekun sülh sazişi istiqamətində mühüm addım atılması münasibətilə xalqımızı təbrik etdi.
Onun “Qoy, hər zaman sülh olsun!” müdrik deyimi Anna Akopyanın da vaxtilə etdiyi səhvləri anlamasına səbəb oldu. Akopyan Azərbaycanın Birinci xanımının sülh əlini sıxmaqdan başqa yolun olmadığını anlayaraq Mehriban Əliyeva ilə görüş üçün fürsətlər axtardı. Belə fürsət isə dünyanın ən nəhəng dövlətlərindən biri olan Çində baş tutdu.
Ermənistanın baş nazirinin xanımının Çində Mehriban Əliyeva ilə görüşü yüksək dəyərləndiirlə bilər və bir ana kimi onun da bundan sonra sülh və barışda əməyini əsirgəməyəcəyindən xəbər verir. Bu isə Cənubi Qafqazda əbədi sülhün, dostluğun, qarşılıqlı münasibətlərin və rifahın möhkəmlənməsinə səbəb olacaq.
Neçə illərdir ki, müharibədən yorulmuş iki Qafqaz ölkəsinin arzuları Çində çin olur.
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor