Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Minsk qrupunun fəaliyyəti zamanla region ölkələrinin iradəsindən çox böyük dövlətlərin maraqlarını əks etdirirdi

Minsk qrupunun fəaliyyəti zamanla region ölkələrinin iradəsindən çox böyük dövlətlərin maraqlarını əks etdirirdi


"Dünyada beynəlxalq hüququn üstünlüyünü qoruyacaq, müdafiə edə biləcək, güclünün yox, haqlının yanında yer alacaq ədalətli və tərəfsiz bir beynəlxalq təşkilatın boşluğu hər gün daha acınacaqlı şəkildə hiss olunur. Beynəlxalq hüququn keşiyində duran təşkilatlarda islahatlar aparılmasa, dünyada müharibə ocaqlarının sayı artacaq".

Newscenter.az xəbər verir ki, bunları deyən Milli Məclisin deputatı Nurlan Həsənovun sözlərinə görə, bu anlamda, Minsk qrupunun ləğvi buna bir nümunə olmalıdır:

"Bu qrup uzun müddət ərzində faktiki olaraq münaqişəni dondurmaqla məşğul oldu, amma həll mexanizmi təqdim etmədi. Onun ləğvi beynəlxalq arenada formal və real nəticə verməyən institutun yükünü aradan qaldırır. Minsk qrupunun fəaliyyəti zamanla region ölkələrinin iradəsindən çox böyük dövlətlərin maraqlarını əks etdirirdi. Minsk qrupunun həmsədrləri (ABŞ, Fransa, Rusiya) arasında ciddi siyasi qarşıdurma mövcud idi".


Deputat deyib ki, bu dövlətlərin ortaq fəaliyyət göstərməsi mümkün deyildi. Bu isə münaqişənin beynəlxalq hüquq çərçivəsində həllinə imkan vermirdi:

"Gələcək üçün bir şeyi unutmamalıyıq ki, gücə söykənməyən ədalət acizdir, ədalətə söykənməyən güc zalimdir!
Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında həm güclüdür, həm də ədalətlidir!".

Süleyman
Xəbəri paylaş