Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gələn il Türkiyədə 289 sərgi keçiriləcək

Gələn il Türkiyədə 289 sərgi keçiriləcək


Gələn il Türkiyə daxilində 96-sı beynəlxalq olmaqla 289 sərgi keçiriləcək.

Newscenter.az xəbər verir ki, bu barədə Türkiyə Odalar və Birjalar Birliyi (TOBB) məlumat verib.

Gələn ilin ən sıx sərgi cədvəli oktyabr ayında 52 tədbirlə keçiriləcək. Bundan sonra noyabr ayında 41, martda 31,aprel və sentyabr aylarında isə 24 sərgi təşkil olunacaq.

İstanbul 155 tədbirlə ən çox sərgiyə ev sahibliyi edəcək ilk şəhər sırasında yer alacaq. İstanbuldan sonra İzmir 25, Antalya 24, Ankara 19 və Bursa 14 sərgiyə ev sahibliyi edəcək.

Bu müddət ərzində təhsil sektorunda da 42 sərgi keçiriləcək. Bundan başqa 27 kənd təsərrüfatı və heyvandarlıq, 17 qida, 12-si isə mebel sektoruna aid sərgilər keçiriləcək.

Süleyman
Xəbəri paylaş