Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət Başçalı: "Bu dövr türk millətinin dövrüdür"

Dövlət Başçalı: "Bu dövr türk millətinin dövrüdür"


"Heç bir şey köhnə üsul və prinsiplərlə məhdudlaşmayacaq. Yeni dünyanın türk təfsiri “Türkiyə Yüzyılı” kimi formalaşdırılıb. Aydın oldu ki, bu dövr türk millətinin dövrüdür".

Newscenter.az xəbər verir ki, bunları Türkiyənin Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalı deyib. O deyib ki, bu dövr də sülh, qardaşlıq, sabitlik, əmin-amanlıq dövrü kimi seçiləcək:

"Mənşəyindən, bölgəsindən, ana dilindən asılı olmayaraq, Türkiyə Cümhuriyyətinə vətəndaşlıq bağı ilə bağlı olan bütün qardaşlarımız bərabər, ədalətli, şərəfli bir birliyin, sevgi və məhəbbətlə dolu bir qucaqlaşma hissinin, ağlasığmaz bir insani mahiyyətin təməlinə çevrilmişdir".

MHP sədri bildirib ki, türklər və kürdlər arasında sarsılmaz, şəksiz birlik və bütövlüyünə kölgə salmağa, ləkələməyə, nifaq salmağa cəhd edənlərin hiyləsi puça çıxdı:

"Milli iradə böyük dəstək və bağlılıqla “Terrorsuz Türkiyə”nin arxasında öz yerini və şəksiz mövqeyini tutdu".

Anar Əliyev
Xəbəri paylaş