Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, dövlətə, onun iqtisadi gücü və təhlükəsizliyinə zərbədir

Bu, dövlətə, onun iqtisadi gücü və təhlükəsizliyinə zərbədir


54 milyon manat mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-in direktoru Ramin İsayevə 14 il həbs cəzası verilib. Təbii ki, dövlətin xalqın vəsaitini oğurlayanlara cəza doğru və vacibdir. Həm oğrunun islahı, həm qanunun qorunması, həm bu yönlü gələcək pozuntuları qabaqlamaq, həm, tərbiyəvi yöndə ictimai şüura çatdırmaqla.
Ancaq, sual yaranır. 50 milyon miqdar manatın bu vəzifədə mənimsənilməsi 3-5 günün işi deyil yəqin ki, illərin prosesidir. Bu illərdə və vaxtında niyə nəzarət olmayıb, qarşısı alınmayıb bunun? Vaxtında qarşı alınsa, bu qədər vəsait oğurlanıb da, xərclənib yoxa çıxmaz, bu qədər istintaq və məhkəmələrə çox zəhmət, vəsait xərclənməzdi, dövlət də, bu qədər ümumi başağrısı çəkməzdi.
Bu cür oğurlanan 50 milyonlarla Qarabağda nə qədər köçkün üçün evlər, mənzillər tikilə bilərdi, heç bu günkü qaçqın və ev sahibləri arasındakı söz-söhbətlər də bu qədər kəskinliyə çatmazdı.
Bu 50 milyon və bundan da qat-qat artıq vəsait oğurluqları, birbaşa dövlətə, onun iqtisadi gücü və oradan təhlükəsizliyinə də zərbədir... Belədə isə, dövlətin xüsusi xidmət orqanları daha yaxşı olmazmı, onlara dövlətin verdiyi səlahiyyətlə və hər cür texnoloji imkanlarla belə böyük oğurluq, mənimsəmələrin vaxtında, izinə, üstünə düşüb, profilaktik addımları ilə ilkdən qarşısını alsınlar?

İlqar Altay
Xəbəri paylaş