Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistan 12 illik təhsil sisteminə keçəcək

Özbəkistan 12 illik təhsil sisteminə keçəcək


Özbəkistanda məktəbdə təhsil müddəti 12 il olacaq.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bunu təhsil nazirinin birinci müavini Sador Rəcəbov deyib.

Rəcəbov qeyd edib ki, milli təhsil sisteminin beynəlxalq təhsil tendensiyalarına uyğunlaşdırılması istiqamətində bir çox təşəbbüslər prezident tərəfindən dəstəklənib. Xüsusilə, 12 illik təhsil sisteminə keçid onlardan biridir.

"Məktəbə hazırlıq mərhələsinin əhatə dairəsi demək olar ki, yüz faizə çatıb. Ona görə də bu mərhələdə təhsilin ümumtəhsil dövrünə daxil edilməsi təklifi irəli sürülüb. Bunun birinci üstünlüyü təhsilin keyfiyyətinin yüksəldilməsi, ikincisi isə birbaşa ali təhsillə bağlıdır", - deyə nazir müavini bildirib.

Süleyman
Xəbəri paylaş