Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Media və QHT sahəsində mümkün əməkdaşlıq məsələlərinə nəzər yetirilib

Media və QHT sahəsində mümkün əməkdaşlıq məsələlərinə nəzər yetirilib



"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri, Newscenter.az xəbər portalının redaktoru Süleyman İsmayılbəyli Türkiyənin Azərbaycandakı səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir ilə görüşüb.

Newscenter.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı səfirliyində baş tutan görüş zamanı iki qardaş ölkə arasında müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrinə nəzər yetirilib, bu əlaqələrin daha da irəli aparılmasının vacibliyi vurğulanıb.

Türkiyə ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin daha da inkişaf etdirilməsində media və qeyri-hökumət təşkilatlarının üzərinə daha çox iş düşdüyü xüsusi olaraq vurğulanıb və gələcəkdə hər iki sektoru əhatə edən görüşlərin keçirilməsinin zəruriliyi vurğulanıb.

Anar Əliyev
Xəbəri paylaş