Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Skuterlərə qadağa qoyulacaq

Skuterlərə qadağa qoyulacaq


Qazaxıstanda skuterlərin hərəkətinə qadağa qoyula bilər.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, ilkin olaraq Almatıda bu həyata keçiriləcək.

Belə ki, deputat Beybut Kusainov şəhərdə skuterlərin icarəyə verilməsini tamamilə dayandırmağı təklif edib.

"Xüsusi dayanacaqlar quraşdırılana, təhlükəsiz velosiped zolaqları yaradılana, icarə və sürmə qaydaları qəbul edilənə qədər elektrik skuterlərini müvəqqəti dayandırmaq lazımdır. Yalnız bu yolla biz şəhəri hamı üçün daha rahat və təhlükəsiz edə bilərik",- deyə Kusainov bildirib.

Qeyd edək ki, Almatı Məsləhət Məclisinin genişləndirilmiş iclasında elektrik skuterlər, mopedlər və elektrik velosipedləri ilə bağlı məsələyə baxılıb.

Anar Əliyev
Xəbəri paylaş