
“Özbəkistan-Çin emalatxanası” yaradılacaq.
Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, bu barədə prezident Şavkat Mirziyoyev xüsusi tapşırıq verib.
Ölkənin təhsil sistemində baş verənlər və yeni tədris ili ilə əlaqədar keçirdiyi videokonfrans zamanı Prezident Şavkat Mirziyoyev deyib ki, gənclərin peşəkar olması, daimi gəlir əldə etmələri üçün şərait yaradılmalıdır:
"Bunu düzgün etsək, məhəllədə kasıb, işsiz qalmaz”.
Qeyd edək ki, Şavkat Mirziyoyevin Çinə səfəri zamanı enerji, geologiya, kimya, nəqliyyat, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində onlarla iri şirkətin rəhbərləri ilə ümumi dəyəri 35 milyard dollar olan perspektiv layihələr paketi formalaşdırılıb.
Anar Əliyev