
Son illər özbəklərin xarici ölkələrə səyahət imkanları genişlənir. Xüsusən də Avropa ölkələrinə maraq artır.
Newscenter.az Özbəkistanın Milli Statistika Komitəsinə istinadən bildirir ki, 2025-ci ilin yanvar-iyul aylarında ümumilikdə 3,8 min Özbəkistan vətəndaşı Böyük Britaniyaya turizm məqsədilə səfər edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu rəqəm 1,1 min nəfər və ya 40% artıb.
Belə nəzərəçarpacaq artım təkcə turizmlə məhdudlaşmır, həm də təhsil, işgüzar səfərlər, müalicə və qohumların ziyarəti kimi digər məqsədləri də əhatə edir. Bu, özbəklər üçün Böyük Britaniyanın təkcə turizm məkanına deyil, həm də beynəlxalq əlaqələrin çoxşaxəli sahəsinə çevrildiyini göstərir.
Bu ilin ilk 7 ayında Böyük Britaniyaya səfər etmiş Özbəkistan vətəndaşlarının səyahət məqsədləri bu cür bölüşdürülüb. Turizm - 2 min 713 nəfər, təhsil - 512 nəfər, qohumları ziyarət etmək - 448 nəfər, biznes - 94 nəfər, müalicə - 19 nəfər.
Süleyman











































