Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu, dövlətə, onun iqtisadi gücü və təhlükəsizliyinə zərbədir

Bu, dövlətə, onun iqtisadi gücü və təhlükəsizliyinə zərbədir


54 milyon manat mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-in direktoru Ramin İsayevə 14 il həbs cəzası verilib. Təbii ki, dövlətin xalqın vəsaitini oğurlayanlara cəza doğru və vacibdir. Həm oğrunun islahı, həm qanunun qorunması, həm bu yönlü gələcək pozuntuları qabaqlamaq baxımından.

Newscenter.az xəbər verir ki, bunları hüquqşünas İlqar Altay deyib. O bildirib ki, 50 milyon miqdar manatın bu vəzifədə mənimsənilməsi 3-5 günün işi deyil:

"Yəqin ki, illərin prosesidir. Buna həmin illərdə və vaxtında niyə nəzarət olmayıb? Niyə qarşısı alınmayıb bunun? Vaxtında qarşısı alınsa, bu qədər vəsait oğurlanıb, xərclənib yoxa çıxmaz, bu qədər istintaq və məhkəmələrə çox zəhmət, vəsait xərclənməzdi, dövlət də, bu qədər ümumi başağrısı çəkməzdi.

Bu cür oğurlanan 50 milyonlarla Qarabağda nə qədər köçkün üçün evlər, mənzillər tikilə bilərdi, heç bu günkü qaçqın və ev sahibləri arasındakı söz-söhbətlər də bu qədər kəskinliyə çatmazdı".

İlqar Altay qeyd edib ki, bu cür oğurluqlar birbaşa dövlətə, onun iqtisadi gücü və təhlükəsizliyinə də zərbədir.

Anar Əliyev
Xəbəri paylaş