
“Kayrat” və “Real” komandaları arasında keçiriləcək futbol qarşılaşması ərəfəsində Almatı Şəhər Polis İdarəsi ictimai asayişin və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlər həyata keçirib.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu məqsədlə 2,5 mindən çox polis əməkdaşı səfərbər edilib. O cümlədən Milli Qvardiyanın 300 əsgəri oyun zamanı təhlükəsizliyi təmin etmək məqsədilə xidmətə cəlb olunacaq.
Onların vəzifəsi ictimai asayişi qorumaq, azarkeşlərin və matç iştirakçılarının təhlükəsizliyini təmin etmək, həmçinin nəqliyyatın hərəkətini tənzimləməkdir.
Mehman Mehdiyev