Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

ABŞ qeyri-qanuni narkotik ticarətində mərkəzi ölkədir-Venesuela

ABŞ qeyri-qanuni narkotik ticarətində mərkəzi ölkədir-Venesuela


Venesuelanın vitse-prezidenti Delcy Rodriguez ABŞ-ın qanunsuz narkotik ticarətində mərkəzi ölkə olduğunu və bu ticarətdən əldə edilən gəlirin təxminən 85 faizinin ABŞ-da qaldığını iddia edib.

Newscenter.az xəbər verir ki, dövlət televiziyası VTV-də mətbuat konfransında danışan Rodriges Venesuelanı narkotik ticarətində ittiham edən ABŞ-ı hədəf alıb.

ABŞ-ın Karib dənizindəki hərbi varlığını da tənqid edən Rodriguez qeyd edib ki, bu məsələdə çoxlu ikiüzlülük və siyasi manipulyasiya var:

"Məqsəd hücum etmək və rejim dəyişikliyinə nail olmaqdır. Bu addım çılğınlıqdır və təhlükəli tamaşadır. Kokainin əsas marşrutu Sakit okeandır. Kolumbiyada istehsal olunan ümumi kokainin 87 faizi oradan qaynaqlanır. Əgər ABŞ həqiqətən də kokaini ələ keçirmək istəyirsə, GPS-dən istifadə edərək onların yerini müəyyyən etməlidir. Əks halda kokain ABŞ-a çatacaq”.

Rodriguez ABŞ-ın Venesuelaya qarşı narkotik qaçaqmalçılığı ittihamının tam bir saxtakarlıq olduğunu vurğulayaraq, "Onların məqsədi ölkənin neft, qaz və qızıl kimi təbii sərvətlərini ələ keçirməkdir" deyib.

Mehman Mehdiyev
Xəbəri paylaş