Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda korrupsioner məmurlar ifşa edilib

Özbəkistanda korrupsioner məmurlar ifşa edilib


Korrupsiyaya qarşı mübarizə istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və digər hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri zamanı bəzi vəzifəli şəxslərin qanunsuz əməllərinin qarşısı alınıb.

Newscenter.az "Sputnik Özbəkistan"a istinadən bildirir ki, Əndican vilayətinin Boston rayon qubernatorunun investisiya və kənd təsərrüfatı, eləcə də su təsərrüfatı üzrə müavinləri bir-biri ilə əlbir olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, saxta ixrac əməliyyatları ilə rayon ərazisindəki fermanın 500 min ABŞ dolları dəyərində ixrac planını ört-basdır etmək müqabilində 65 milyon sum rüşvət tələb ediblər.

Hazırda həmin vəzifəli şəxslər barəsində Cinayət Məcəlləsinin 210-cu maddəsinin 2-ci hissəsinin “c”, “d” bəndləri ilə cinayət işi başlanıb, “həbs” qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Süleyman
Xəbəri paylaş