Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident bütün dünyanı sülhə səslədi

Prezident bütün dünyanı sülhə səslədi


"Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin 80-ci yubiley sesiyasında çıxışı BMT tarixində nadir rast gəlinən simvolik hadisə oldu".

Newscenter.az xəbər verir ki, bunu politoloq Azər Qasımov deyib. O bildirib ki, bu çıxışın BMT-nin yubiley sammitinə təsadüf etməsi də manədar xarakter daşıyırdı:

"Bu çıxışın tarixi olması isə Azərbaycan dövlətinin başçısının BMT-nin tribunasından dünya ictimaiyyətinə Azərbaycan xalqının öz problemini özü həll edərək torpaqlarının işğalına son verməsini elan etməsi oldu. BMT tribunasından belə bəyanat hələ səslənməmişdi. Heç bir dövlət dünyaya qələbə mesajını BMT tribunasından verməmişdi".

Azər Qasımov deyib ki, dünya dövlətləri isə bu bəyanatı maraqla qarşıladı:

"Azərbaycanın zəfər yürüşünü düşmən üzərində əzici üstünlüyə deyil sülhə çevirməsi çağırışları və bunun nəticə etibarilə sülh prosesinə çevrilməsi Azərbaycanın bir daha böyüklüyünün və ali dəyərlərə verdiyi qiymətin bariz elanı idi. Azərbaycan Prezidenti sülh yaradan müzəffər lider kimi tarixi hadisəni BMT-nin Ali tribunasından qürurla elan etməklə bir president yaratdı. Bütün dünyanı sülhə səslədi!

Süleyman
Xəbəri paylaş