Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qazaxıstanda 12-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilir

Qazaxıstanda 12-ci Vətəndaş Cəmiyyəti Forumu keçirilir


Oktyabrın 15-də QHT-lərə Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Aygün Əliyeva Qazaxıstanın Astana şəhərində keçirilən 12-ci Vətəndaş Cəmiyyəti Forumunda iştirak edib.

Newscenter.az xəbər verir ki, “Qazaxıstan: regional liderlik və vətəndaş cəmiyyətinin inkişafında qlobal əməkdaşlıq” mövzusunda paneldə A.Əliyeva ortaq platformaların yaradılmasının əhəmiyyətini vurğulayıb.
O, həmçinin “Şanxay Əməkdaşlıq Təşkilatı və xalq diplomatiyası: qlobal əməkdaşlıq perspektivləri” mövzusunda keçirilən beynəlxalq konfransın açılışında çıxış edərək 2025-ci ilin aprel ayında Bakıda təsis edilmiş Qlobal Cənub QHT Platformasından söz açıb, Qazaxıstan QHT-lərinin bu istiqamətdə fəallığını qeyd edib. 2026-cı ildə Ümumdünya Şəhərsalma Forumunun Bakıda keçiriləcək 13-cü sessiyası haqqında da məlumat verilib.

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin təmsilçiləri “Qeyri-hökumət təşkilatları haqqında qanunvericilik: vətəndaş cəmiyyətinin inkişafı kursu” mövzusunda keçirilən ekspert platformasının müzakirələrinə də qatılıb.

Süleyman
Xəbəri paylaş