
Birləşmiş Ştatlar davam edən hərbi münaqişəyə son qoymaq üçün Rusiya və Ukraynaya təzyiq göstərərək mürəkkəb diplomatik manevrlər həyata keçirir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu fikri Macarıstanın baş nazirinin müşaviri Balaz Orban səsləndirib.
"Amerikalılar təzyiqlə əlaqəli son dərəcə mürəkkəb diplomatik manevrlər həyata keçirirlər. Vaşinqtonun taktikası qismən qarşı tərəflərə güclü təzyiq göstərməkdən ibarətdir", - deyə Balázs Orban bildrib.
O hesab edir ki, ABŞ-ın Rusiyanın enerji şirkətlərinə qarşı bu yaxınlarda tətbiq etdiyi sanksiyalar bu prosesin bir hissəsi kimi qiymətləndirilə bilər.
Eyni zamanda, baş nazirin müşaviri açıq şəkildə bildirib ki, bu sanksiyalar Macarıstan üçün zərərlidir, çünki bu, uzunmüddətli müqavilələr çərçivəsində Rusiyadan neft və qazın boru kəmərləri ilə tədarükünü əngəlləyir:
"Macarıstanın Rusiya enerjisindən istifadə etməsi ideoloji məsələ deyil, həyat faktıdır. Macarıstan dənizə çıxışı olmayan ölkədir və amerikalılar bunu çox yaxşı bilirlər. Ona görə də sülh məsələsinə əlavə olaraq, Viktor Orban noyabrın 7-də Vaşinqtonda ABŞ prezidenti ilə bunu müzakirə edəcək".
Anar Əliyev









































