
“Magen David Azerbaijan” və İsrail Dövlətinin Azərbaycandakı Səfirliyinin birgə təşkilatçılığı ilə Azərbaycan ilə İsrail arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə töhfə verən “İsrail Mətbəxi Həftəsi” layihəsinin final tədbiri keçirilib.

Newscenter.az xəbər verir ki, tədbirdə İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cənab Ronen Kraus, Milli Məclisin deputatı, Azərbaycan–İsrail parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, “Magen David Azerbaijan” Cəmiyyətinin fəxri sədri Anatoliy Xaimoviç Rafailov, eləcə də digər rəsmi qonaqlar və media nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı İsrail və Azərbaycan xalqları arasında tarixi dostluğun qədim köklərə söykəndiyi, mədəniyyətlər və qarşılıqlı anlaşma və mədəni əməkdaşlığın əhəmiyyəti vurğulanıb.

Tədbirin sonunda Cənab səfirə və qalib iştirakçılara “Magen David Azerbaijan” təşkilatı adından xatirə hədiyyələri təqdim olunub.

Süleyman









































