
Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Destici və onu müayət edən nümayəndə heyəti Ağdam Şəhidliyində Birinci Qarabağ Müharibəsi zamanı və Xocalı qətliamında şəhid olmuş şəxslərin məzarlarını ziyarət edib.
Newscenter.az xəbər verir ki, ziyarət zamanı “Aşr-ı Şerif” oxuyan Destici, şəhidlər üçün dua edib.

Ağdama səfəri və Şəhidlər Xiyabanını ziyarətlə bağlı açıqlama verən Destici, “Türk dünyasının ortaq taleyini bir daha şəhidlərimizlə hiss etdik. Qarabağ, Türkün öz yurdudur. Bu torpaqlarda can verən əziz qardaşlarımızı rəhmətlə anırıq”,-deyə vurğulayıb.

Türkiyə və Azərbaycanın qardaşlıq münasibətlərinə xüsusi diqqət çəkən partiya sədri, “Biz iki ayrı dövlət olsaq da, bir millətik. Bu birlik və bərabərliyimiz, əziz şəhidlərimizin xatirəsi üzərində qurulub”,-deyib.
Süleyman







































