
Benilüks Azərbaycanlıları Konqresinin (BAK) nəzdində fəaliyyət göstərən “Qarabağ” İdman Klubunun təşkilatçılığı və Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi ilə uşaqlar arasında Zəfər Bayramına həsr olunmuş şahmat turniri keçirilib.
Newscenter.az BAK-a istinadən bildirir ki, tədbirdə Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diplomatik korpusunun əməkdaşları da iştirak edərək, balaca şahmatçılara Zəfər Günü münasibətilə təbriklərini çatdırıblar.

Turnir gərgin mübarizə və dostluq atmosferində keçib.
Qaliblər sertifikat və medallarla təltif olunublar, bütün iştirakçılara isə unudulmaz bir Zəfər bayramı yaşadılıb.
Süleyman









































