Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Avrasiya Gənc İş Adamları Forumu keçirilib

Avrasiya Gənc İş Adamları Forumu keçirilib


Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı ilə, Türkiyə Prezident Administrasiyasının İnvestisiya və Maliyyə Ofisi, Türkiyənin Gənclik və İdman Nazirliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) rəsmi dəstəyi ilə “Avrasiya Gənc İş Adamları Forumu – EYBF 2025” təşkil olunub.

Newscenter.az xəbər verir ki, forum başlamazdan əvvəl 44 günlük Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb. Ardınca Azərbaycan və Türkiyə dövlət himnləri səsləndirilib.

Rəsmi açılış mərasimindən sonra forum öz işinə start verib. Tədbirin ilk çıxışçısı gənclər və idman naziri Fərid Qayıbov olub. O, forumun iki qardaş ölkə arasında gənc sahibkarların əməkdaşlığını gücləndirməsi baxımından əhəmiyyətini vurğulayıb.

Nazir qeyd edib ki, ölkədə gənclər siyasətinin təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub, bu siyasət bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Nazir hər il 2 fevral – Gənclər Günü ərəfəsində keçirilən “Gənclər Həftəsi” çərçivəsində dövlət başçısının gənclərlə görüşdüyünü, müxtəlif sahələrdə fərqlənən gənclərin mükafatlandırıldığını xatırladıb. O, xüsusilə innovasiya və texnologiya kateqoriyalarının gənclərin yaradıcılığını stimullaşdırdığını vurğulayıb.

Azərbaycanda gənclər siyasətinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu, bu gün isə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirildiyini Gənclər və İdman naziri Fərid Qayıbov bildirib.

Nazir qeyd edib ki, hər il 2 Fevral – Gənclər Günü münasibətilə təşkil edilən Gənclər Həftəsi çərçivəsində Prezident gənclərlə görüşür, müxtəlif sahələrdə fərqlənən gənclər mükafatlandırılır. O, xüsusilə innovasiya və texnologiya kateqoriyalarının gənclərin yaradıcılığını stimullaşdırdığını diqqətə çatdırıb.

Fərid Qayıbov çıxışında dövlət dəstəyi ilə həyata keçirilən forum və layihələrin davamlılığını vurğulayıb:

"Pandemiya dövründə belə gənclər üçün dörd forum təşkil edildi. Bu tədbirlərdə startap layihələri, yarışmalar və müxtəlif müsabiqələr keçirilib. Qaliblərə dəstək göstərilib, onların xaricdə təmsil olunması üçün imkanlar yaradılıb."

Azərbaycan Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov da Bakıda Gənc MÜSİAD-ın təşkilatçılığı ilə keçirilən Avrasiya Gənc İş Adamları Forumu (EYBF2025) çərçivəsində çıxış edib.

O, çıxışında qeyd edib:

“Gənc sahibkar yalnız bir iş adamı deyil. O, bir yaradıcıdır. Fikri reallığa çevirən yolun əsas memarıdır. Riskin içində ümidi, çətinliklərin içində fürsəti görə bilən insandır. Unutmayaq ki, hər böyük uğur kiçik addımlarla başlayır.”

Məmmədov vurğulayıb ki, Azərbaycan dövləti gənclərin sahibkarlıq potensialına inanır və bu yolda onlara daim dəstək göstərir:

“Ölkəmiz Azərbaycan gənclərin sahibkarlıq ruhuna inanır və onların yanında dayanır. Biz, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi olaraq, gənclərimiz və gənc sahibkarlarımızla müxtəlif sahələrdə əməkdaşlıq edirik. Müxtəlif dəstək mexanizmləri və proqramlar vasitəsilə onların inkişafına töhfə veririk. Gənclərin yenilik etmək və dəyişiklik yaratmaq gücünə sonsuz inamımız var.”

KOBİA sədri əlavə edib ki, hər yeni biznes, hər addım və hər fikir Azərbaycanın gələcəyinə edilən bir investisiyadır:

“Hər yeni müəssisə, hər startap və hər fikir ölkəmizin gələcəyinə yönəlmiş bir sərmayədir.”

Gənclərə müraciət edən Məmmədov sözlərinə belə davam edib:

“Əziz gənclər, dəyərli sahibkarlar və dostlar! Əgər öz fikrinizə inanırsınızsa, siz artıq qalib gəlmisiniz. Əgər cəmiyyətə dəyər qatmaq istəyirsinizsə, siz öz sahənizin liderisiniz. Əgər bir insanın həyatına az da olsa müsbət təsir göstərə bilirsinizsə, siz həqiqi bir iş adamısınız.”

Çıxışının sonunda Orxan Məmmədov forumun məqsədinin yalnız əlaqələr qurmaqdan ibarət olmadığını qeyd edib:

“Bu forumun məqsədi yalnız iş əlaqələri yaratmaq deyil. Əlbəttə, burada dəyərli əlaqələr qurulacaq, lakin əsas məqsəd bir ruh formalaşdırmaqdır — dürüstlük, zəhmət və halal qazanc ruhu. Məhz bu ruhun rəhbərlik etdiyi yol Avrasiya məkanında dayanıqlı, ədalətli və innovativ sahibkarlığın inkişaf yoludur.”

Forumuda iştirak edən Türkiyə Gənclik və İdman nazirinin müavini Dr. Enes Eminoğlu, Türkiyə ilə Azərbaycan arasında gənclər və idman sahəsində həyata keçirilən əməkdaşlıq layihələri barədə danışıb.

Eminoğlu bildirib ki, iki ölkə arasında gənclik sahəsində əməkdaşlıq çərçivəsində ötən illərdə bir çox layihələr həyata keçirilib — gənclər mübadiləsi proqramları, mütəxəssis dəyişimi, düşərgələr və məşqçi təlimləri kimi təşəbbüslər gənclər arasında qarşılıqlı əlaqəni möhkəmləndirib.

“Keçən yay azərbaycanlı gənclər İstanbul, Ankara və Bursada qonaq oldular, türk gəncləri isə Bakı və digər şəhərləri ziyarət etdilər. Bu proqramlar iki ölkə gəncləri arasında ünsiyyət və əməkdaşlığı daha da gücləndirdi,” – deyə o qeyd edib.

Nazir müavini, Türkiyədə gənclərə təqdim olunan geniş imkanlara diqqət çəkərək bildirib ki, “Gənclik və İdman Nazirliyi olaraq, ölkə üzrə 600-ə yaxın gənclik mərkəzimiz, universitetlərdə gənclər ofislərimiz, 50-dən çox gənclik düşərgəmiz, idman qurğularımız, üzgüçülük hovuzlarımız və istedad axtarışı layihələrimizlə gənclərə xidmət göstəririk. Türkiyənin təxminən 90 milyonluq əhalisində gənclərin çoxluğunu nəzərə aldıqda, bu işlərin əhəmiyyəti daha da artır.”

Eminoğlu vurğulayıb ki, iki ölkə arasındakı münasibətlər liderlərin vizyonu sayəsində strateji səviyyəyə yüksəlib:
“Prezidentlərimiz Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin ortaya qoyduğu vizyon, gənclik sahəsindəki uğurlarımızı gücləndirir. ‘İki millət, bir dövlət’ prinsipi ilə həyata keçirilən layihələr diplomatiya, əlaqələr və gənclik siyasətində strateji çərçivə yaradır.”

Nazir müavini çıxışında həmçinin Qarabağ Zəfərinin əhəmiyyətinə toxunaraq 2020–2021-ci illərdə Şuşada baş verən tarixi hadisələri xatırladıb:
“Prezidentlərimizin iştirakı ilə imzalanan Şuşa Bəyannaməsi dünyaya güclü bir mesaj idi. Bu sənəd 30 il davam edən ədalətsizliyi bütün dünyaya göstərən tarixi bir addım oldu. Eyni zamanda, Orta Dəhliz vasitəsilə Türkiyə ilə türk dünyasını birləşdirən layihələrin təməli atıldı. Bu təşəbbüslər gənclərimizə yeni biznes baxışı qazandıracaq və onlara geniş üfüqlər açacaq.”

Sonda Enes Eminoğlu, Gənc MÜSİAD-ın fəaliyyətini yüksək qiymətləndirib:
“Burada təxminən 50 ölkədən gələn gənclər MÜSİAD könüllüləri və peşəkarlarla bir araya gəliblər. Hər birinə təşəkkür edirəm. Ümid edirəm ki, bu fəaliyyətlər daha da irəliyə aparılacaq. Gənc MÜSİAD-ın 40-dan çox ölkədə təşkilatlanması və 5 mindən çox üzvü ilə gənc sahibkarlıq ekosisteminə verdiyi töhfə çox önəmlidir. Gənclik və İdman Nazirliyi olaraq biz də gənc sahibkarları və gənclik təşəbbüslərini dəstəkləməyə davam edəcəyik.”

Azərbaycan Gənclər və İdman Nazirliyi ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində keçən illərdə gənclərin mübadilə proqramları, mütəxəssis mübadilələri, düşərgələr və məşqçi təlimləri kimi bir çox layihə reallaşdırılıb. Keçən yay azərbaycanlı gənclər İstanbul, Ankara və Bursada qonaq edildilər, türk gəncləri isə Bakı və digər şəhərləri ziyarət etdi. Bu proqramlar iki ölkə gəncləri arasındakı əlaqəni və əməkdaşlığı daha da gücləndirdi."

Eminoğlu Türkiyədə gənclər üçün yaradılan geniş imkanlara diqqət çəkərək ölkəsinin infrastrukturundan danışıb:

"Gənclik və İdman Nazirliyi olaraq, 600-ə yaxın gənclik mərkəzimiz, universitetlərdəki gənc ofislərimiz, 50-dən çox gənclik düşərgəmiz, idman komplekslərimiz, üzgüçülük hovuzlarımız və istedadların aşkar edilməsi layihələrimizlə gənclərimizə xidmət edirik. Türkiyənin təxminən 90 milyonluq əhalisi içərisində gənclərin sıxlığı nəzərə alındıqda, bu işlərin əhəmiyyəti daha da artır."

Nazir müavini iki ölkə arasındakı münasibətlərin dövlət başçılarının vizyonu sayəsində strateji səviyyəyə çatdığını xüsusi vurğulayıb:

"Prezidentlərimiz cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin ortaya qoyduğu vizyon, gənclik sahəsindəki uğurlarımızı möhkəmləndirir. 'İki millət, tək dövlət' anlayışı ilə aparılan işlər diplomatiya, əlaqələr və gənclik sahəsində strateji çərçivədə irəliləyir."

Eminoğlu Qarabağ Zəfərinin əhəmiyyətinə toxunaraq, 2020-2021-ci illərdə Şuşada baş verən tarixi inkişaflara diqqət çəkib:

"Prezidentlərimizin iştirakı ilə imzalanan Şuşa Bəyannaməsi dünyaya güclü bir mesaj xarakteri daşıyırdı. Bu sənəd 30 il davam edən haqsızlığı bütün dünyaya çatdıran tarixi bir mövqe idi. Eyni zamanda, Orta Dəhliz vasitəsilə Türkiyə ilə Türk dünyasını birləşdirən layihələrin təməlini atdıq. Bu təşəbbüslər gənclərimizə ticarət vizyonu qazandıracaq və onlara yeni üfüqlər açacaq".

Çıxışının sonunda Dr. Enes Eminoğlu Gənc MÜSİAD-ın fəaliyyətini yüksək qiymətləndirərək sözlərini tamamlayıb: "Təxminən 50 fərqli ölkədən gələn gənclər MÜSİAD könüllüləri və peşəkarları ilə burada bir araya gəldik. Hər birinə təşəkkür edirəm. İnşallah, bu işlər daha da irəli aparılacaq. Gənc MÜSİAD-ın 40-dan çox ölkədə təşkilatlanması və 5 mindən artıq üzvünün olması sahibkarlıq ekosisteminə böyük töhfə verir. Gənclik və İdman Nazirliyi olaraq biz də gənc sahibkarları və gənclik işlərini dəstəkləməyə davam edəcəyik."

Gənc MÜSİAD-ın sədri Mağsum Usta çıxışında qeyd edib ki, bu gün sərmayə anlayışı təkcə maddi vəsaitlə ölçülmür.

Onun sözlərinə görə, sərmayə həm də bilik, texnologiya, çeviklik və etibar deməkdir. “Bir ölkənin və ya investorun gücü yalnız sahib olduğu imkanlarla deyil, yarada bildiyi dəyər və qurduğu ortaq əməkdaşlıqla müəyyən olunur. Bu baxımdan Avrasiya regionu gənc sahibkarlar və iş dünyası üçün böyük bir təcrübə meydanıdır. Fərqli mədəniyyətlərin və istehsal modellərinin qovuşduğu bu geniş coğrafiyada əməkdaşlıq artıq bir seçim deyil, gələcək üçün zəruri refleksdir. Biz gənclər olaraq bu refleksi bir şəbəkə formasına salmaq istiqamətində çalışırıq. Hazırda ölkə daxilində 55, xaricdə isə 40 şöbəmiz fəaliyyət göstərir. Beləliklə, biz sadəcə gənclik təşkilatı deyil, eyni zamanda fikir, istehsal və təşəbbüslər platforması kimi formalaşmışıq. Məqsədimiz hər bir üzvümüzün yalnız öz ölkəsində deyil, həm də qitə miqyasında söz sahibi olmasına dəstək verməkdir”, – deyə o bildirib.

MÜSİAD Azərbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli isə çıxışında gənclərin birliyinin önəmini vurğulayıb.

Onun sözlərinə görə, dünya dəyişsə də, sahibkarlığın mahiyyəti sabit qalır:
“Bu gün Azərbaycan və Türkiyə gəncliyi artıq qlobal bir gücə çevrilib. Əkilən bu ideya toxumu dünyanın istənilən nöqtəsində Azərbaycan və Türkiyə üçün bəhrə verəcək. Əsas məqsədimiz isə dəyər yaratmaqdır.”

Tədbirin rəsmi hissəsi başa çatdıqdan sonra müxtəlif mövzularda panel müzakirələr təşkil olunub. (32gun.az)
Xəbəri paylaş