Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın geosiyasi çöküşünün simvolu

Rusiyanın geosiyasi çöküşünün simvolu


Ukrayna müharibəsi Rusiyanın geosiyasi çöküşünün simvoludur. Bu artıq qaçınılmaz bir prosesdir və hadisələr zəncirvari xətt üzrə inkişaf edir. Yəni, həm daxildə, həmdə xaricə qarşısıalınmaz çatlar əmələ gəlir.

Daxilə nəzər saldıqda görürük ki, ayrı-ayrı xalqların simasında, xüsusilə Şimali Qafqaz istiqamətində mərkəzdən qaçma meyllərində dinamiklik müşahidə edilir. Bu normal bir haldır. Çünki Rusiya rəsmiləri müharibədə obrazlı şəkildə ifadə etməli olarsaq həmin xalqları bir yem kimi istifadə edir və bu situasiya o xalqların baş bilənləri üçün etiraz dalğasını yaratmağa əsas verir.

Şimali Qafqaz xalqlarının paramilitar təşkilatlanma potensialı nəzərə aldıqda irəliləyən dönəmdə rusların başının ağrıyacağını demək mümkündür.

Məsələyə xarici aspektdən yanaşdıqda, Rusiya cəbhəsində keçən 3 il ərzində ərsəyə gələn kifayət qədər parıltılı bir uğursuzluq tablosu ilə qarışlarışırıq. Ard-arda yaşanan strateji məğlubiyyətlər demək olar ki Kremli öz qabığına çəkilməyə məcbur edib.

İlk olaraq, Finlandiya və İsveçin NATO-a üzvlüyü Rusiyanın şimal sərhədlərində təhlükəsizlik boşluğu yaratdı. Moskva həmin ərazilərə, yəni, sərhəd xəttinə əvvəlkindən daha artıq canlı qüvvə və texnika cəmləşdirməyə məcburdur. Bu isə əlavə xərc və enerji deməkdir. Digər tərəfdən, Baltik dənizində hakimiyyət mütləq şəkildə NATO-nun əlində cəmləşdi. Eyni proseslər Yaxın Şərq və Cənubi Qafqaz cinahında da yaşandı. Yaxın Şərqdə Rusiyaya bağlılığı ilə seçilən qüvvələr sıradan çıxdı, onların tərəfdaşı hesab olunan İranın müqavimət oxu böyük ölçüdə məhv edildi. Cənubi Qafqaz isə Qərbə inteqrasiyanı sürətləndirməklə yeni bir səhifə açdı. İndi əsas mübarizə meydanı Orta Asiyadır və Rusiya burada da rəqabətə tab gətirmir.

Bütün bunlar isə gələcək perspektivdə Rusiyanın parçalanma prosesini aktuallaşdırır. Hadisələr hətta o həddə çatıb ki, texnogiyası 40 il öncəyə dayanan raketlər nüvə gücü olan bir ölkənin yuxusuna haram qatıb. Bunun müqabilində rusların müxtəlif silahları gündəmə gətirməsi xalqı manipuliasiya etməkdən ötə bir şey deyil.

Pərviz Mirizadə, siyasi şərhçi
Xəbəri paylaş