
Rusiyanın baş naziri Mixail Mişustin Çin Xalq Respublikasına səfərə gedir.
Newscenter.az TASS-a istinadən bildirir ki, səfər iki gün davam edəcək. Noyabrın 3-də Rusiyanın baş naziri iki ölkənin hökumət başçılarının 30-cu iclasında iştirak edəcək. Noyabrın 4-də Mişustin Pekində Çin prezidenti Si Tsinpinlə görüşəcək.
Danışıqlarda əsas diqqət ticarət-iqtisadi əməkdaşlığın inkişafı, logistika əlaqələrinin və sənaye əməkdaşlığının inkişafı, enerji tərəfdaşlığının gücləndirilməsi, yüksək texnologiyalar və kənd təsərrüfatı sahələrində əməkdaşlığın genişləndirilməsinə yönəldiləcək.
Danışıqlar və keçirilən görüşlərin nətivəsi olaraq tərəflər arasında birgə kommünike və Rusiya-Çin sənədləri imzalanacaq.
Mehman Mehdiyev









































