
Bakı şəhərində noyabrın 1-də mağazadan 30 min manat dəyərində dam örtükləri oğurlanıb.
Newscenter.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 44 yaşlı R.Səmədov müəyyən olunaraq saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
Mehman Mehdiyev










































