Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Mustafa Destici: Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır

Mustafa Destici: Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır




Türkiyənin Ermənistanla münasibətində "qırmızı xətti" Azərbaycandır.

Newscenter.az "Report"a istinadən xəbər verir ki, bunu Türkiyənin Böyük Birlik Partiyasının sədri Mustafa Destici Azərbaycana səfəri çərçivəsində keçirdiyi mətbuat brifinqində deyib.

"Ermənistan Azərbaycanla olan şərtlərini tamamilə yerinə yetirdikdən sonra Türkiyə-Ermənistan münasibətlərindən danışmaq olar",- o bildirib.

Partiya sədri Zəngəzur dəhlizinin vacibliyinə də diqqət çəkib: "Naxçıvanla Azərbaycanın əsas hissəsinin quru əlaqəsinin olmaması Türk dünyasında bir bağ qopması deməkdir. Bu mənada, dəhliz son dərəcə vacibdir və Ermənistan üçün də yaxşı vədlər ehtiva edir".

O, Zəngəzur dəhlizinin ABŞ, Çin, İran kimi ölkələr üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Xəbəri paylaş