
"Artıq sosial şəbəkələrdə ermənilər barədə Paşinyan timsalında elə “gözəl” paylaşımlar edirlər ki, adamın lap matı quruyur. Ermənilərin törətdiklərini başqalarının üzərinə atıb, onlara bəraət qazandırmaq istəyənlər də az deyil".
Newscenter.az xəbər verir ki, bunları ictimai fəal Asim Vəliyev deyib. O bildirib ki, bizim millət bəzən çox tez unudur:
"Bunu deyəndə məni qınayanlar olur. Unutmayaq ki, bu xalqın başına gətirilən soyqırımlar, faciələr, Qarabağda törədilən vəhşiliklər elə də uzaq tarix deyil. O ağrılar hələ anaların, ataların, şəhid ailələrinin yaddaşındadır. Unutqanlıq milli yaddaşın düşmənidir".
Asim Vəliyev qeyd edib ki, bağışlamaq olar, amma unutmaq qəti olmaz:
"Çünki unudan millət bir gün yenidən eyni ağrını yaşayır. Qan yaddaşımızı daim diri saxlamalıyıq ki, tarix bizim yaddaşımızdan silinməsin. Gələcəyimizi qorumaq üçün ayıq-sayıq olmalıyıq!".
Anar Əliyev










































