Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Yerli icra hakimiyyətləri haqqında əsasnamə” müasir dövrün tələblərinə cavab vermir

“Yerli icra hakimiyyətləri haqqında əsasnamə” müasir dövrün tələblərinə  cavab vermir



Deputat: “Struktur islahatları aparılmalıdır”


“Bütün neqativlərin icra hakimiyyəti ilə əlaqələndirilməsinin tərəfdarı deyiləm. Kifayət qədər sağlam düşüncəli, hər bir hərəkətində təmsil olunan komandaya hörmət gətirən icra başçılarını tanıyıram. Bəzilərinə gəncliklərindən bələdəm, bir kadr kimi yetişmələrində iştirak etmişəm”.

Bu fikirləri Newscenter.az-a
Milli Məclisin deputatı Nəsib Məhəməliyev bir sıra icra hakimiyyətlərində baş verən qanun pozuntuları fonunda bu qurumun ləğv edilməsi ilə bağlı səslənən təşəbbüsləri şərh edərkən deyib. Millət vəkili qəti şəkildə əmindir ki, həmin şəxslər heç zaman ədalətsizliyə yol verməz, abırsızcasına qanunları, əxlaq normalarını tapdalamazlar:

“Tam məsuliyyətlə deyirəm, həmişə çalışmışam ki, məsuliyyətsiz, tərbiyəsiz, mədəniyyətsiz, abır-həyasını itirmiş adamlardan uzaq olum. Hər şey kadrların şəxsi keyfiyyətlərindən asılıdır. Adını çəkmək istəmirəm, bir rayonu misal çəkə bilərəm, əvvəlki icra başçısı o qədər nifrət qazanmışdı, bəzi əməkdaşlarını cinayət məsuliyyətinə cəlb etdilər, özü işdən azad edildi. Yeni təyin olunmuş başçının başına insanlar and içir. Ona görə də, bütün neqativləri icra hakimiyyətləri ilə bağlamaq, ümumiləşdirmək düzgün olmaz. Yerli icra hakimiyyətlərinin ləğv olunması, dövlət başçısının səlahiyyətlərinə aid məsələdir. Vətən müharibəsindən sonra, işğaldan azad olunmuş rayonlara Prezidentin səlahiyyətli nümayəndələri təyin olundular və bu institut kifayət qədər özünü doğruldur. Ola bilər, gələcəkdə digər regionlarda da bu praktika tətbiq edilər. Bütün hallarda, düşünürəm ki, struktur islahatları aparılmalıdır”.

Millət vəkili qeyd edib ki, hazırki vəziyyətdə, “yerli icra hakimiyyətləri haqqında əsasnamə” müasir dövrün tələblərinə cavab vermir:

“Əsasnamədəki bəzi müddəalar, konkret olaraq, mərkəzi və yerli icra hakimiyyətləri arasındaki ziddiyətlər aradan qaldırılmalı, vəzifə və səlahiyyətlər dəqiq göstəriməlidir.
Maliyyə, təsərrüfat, kommunal xarakterli məsələlər yerli bələdiyyələrə verilməlidir. İcra başçıları siyasi rəhbər olaraq, yerlərdə ümumi nəzarət funksiyasını yerinə yetirməlidir. Ölkə üzrə bələdiyyələrin sayı daha azaldılmalı, maliyyə imkanları artırılmalıdır. Dövlətçiliyə sədaqəti, peşəkarlığı ilə, seçilən perspektivli bələdiyyə kadrlarının hazırlığına xüsusi diqqət edilməlidir. Onların fəaliyyətinə, icra başçılarının kobud müdaxilələrinə imkan verilməməlidir. Kimsə deyə bilər ki, Nəsib müəllim icra başçısı olanda bunları demirdi. Məni tanıyanlar təsdiq edə bilərlər ki, bələdiyyələrə ancaq və ancaq dəstək vermişəm. Onların qarşısında heç bir qanunsuz tələblərin qoyulmasından söhbət belə gedə bilməz. Əksinə, hər zaman dəstək vermişəm”.

Deputat hesab edir ki, digər bir variant, iqisadi zonalar üzrə Prezidentin səlahiyyətli nümayəndələri vasitəsilə, regional idarəetmə variantı ola bilər:

“2003-cü ildən bəri, Prezident İlham Əliyevin təsdiq etdiyi, “Regionların sosial-iqtisadi inkişafı ilə bağlı” 4, Bakı şəhərinin və ətraf qəsəbələrin inkişafı ilə bağlı 3 dövlət proqramları icra olunub. Minlərlə məktəb, uşaq bağçası, xəstəxanalar, diaqnostika mərkəzləri, mədəniyyət, olimpiya- idman kompleksləri, muzeylər, inzibati və yaşayış binaları, yollar, körpülər, elektrik stansiyaları, digər infrastruktur layihələri icra olunmuşdur. Əhalinin qaza, elektrik enerjisinə, suya olan tələbatı yaxışlaşdırılmışdır. Bütün ali məktəblər, muzeylər, kitabxanalar əsaslı təmir olunmuş, yeni parklar, yaşıllıq zonaları salınmışdır”.


Süleyman
Xəbəri paylaş