Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Əli Kərimli hakimiyyəti ələ keçirmək üçün bütün radikal qüvvələrdən faydalanmağa çalışıb

Əli Kərimli hakimiyyəti ələ keçirmək üçün bütün radikal qüvvələrdən faydalanmağa çalışıb



“Əli Kərimli üçün fərq etməz, Azərbaycanda “Kərimə” dövləti qurulsun, yaxud onu sabah Kremlin kuklası və marianetkası elan etsinlər, əsas məqsəd nə yolla olursa olsun, istər zorakı, itərsə də qeyri-sivil yollarla hakimiyyəti ələ keçirməyə və mümkün bütün radikal qüvvələrdən faydalanmağa çalışıb”.

Bu fikirləri Newscenter.az-a politoloq Vüqar Əhmədov Tale Bağırzadənin Əli Kərimlinin həbsinə etiraz etməsinə münasibət bildirərkən səsləndirib. O deyib ki, 2018-ci ilin Prezident seçkilərində biz İranın dəstəyi ilə Azərbaycanda bəzi dini radikal qrupların ikinci böyük şəhərimiz olan Gəncədə qarışıqlıq və ixtişaşlar törətdiyinin şahidi olmuşuq:

“Bilirik ki, İrana bağlı olan casus şəbəkəsi vaxtaşırı ölkəmizdə sabitliyi pozmaq üçün belə vasitələrə əl atıb. Tale Bağırzadənin belə canfəşanlıqla Əli Kərimlinin müdafiə etməsi onlar arasında işbirliyinin olmasından xəbər verir. Sirr deyil ki, Tale Bağırzadə İranın adamı kimi tanınır və İrandakı xəfiyyə orqanları ilə əlaqəli şəkildə Azərbaycanda sabitliyi pozmağa və ixtişaşlara cəhd edibdir. Rusiya izindən sonra İran izinin üzə çıxması ondan xəbər verir ki, Kərimli ölkədə siyasi sabitliyi pozmaq, ixtişaşlar vasitəsi ilə konstitusion quruluşu zorla dəyişdirərək hakimiyyəti ələ keçirmək üçün ölkəmizə qarşı fəaliyyət aparan bütün qaranlıq xarici qüvvələrlə əlaqəyə girmiş, onlardan geniş maliyyə dəstəyi alaraq Azərbaycanı qaranlıq bir keçmişə sürükləməyə çalışmışdır”.

Süleyman
Xəbəri paylaş