Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Vaşinqton Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib

Vaşinqton Tehrana yeni danışıqlar planı hazırlamağı təklif edib


İran ABŞ-ın 15 bəndlik sülh planını rədd etdikdən sonra Vaşinqton vasitəçilər ilə Tehrana yeni danışıqlar planı təklif edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu İslam Respublikasının Moskvadakı səfiri Kazem Cəlali deyib.

"Biz həmişə danışıqlara hazır olduğumuzu bildirmişik. Amma güc və təhdid mövqeyindən, təzyiq altında danışıqlar yox. Amerikalılar əvvəlcə 15 bəndlik danışıqlar planı təqdim etdilər. Biz dərhal onların 15 bəndlik planını rədd etdik. Bununla razılaşa bilmədik. Sonra isə amerikalıların özləri vasitəçilər vasitəsilə İrana yeni bir plan hazırlamağı təklif etdilər", - deyə o bildirib.

Səfir əlavə edib ki, İran 10 bəndlik plan hazırlayıb:

"Vasitəçilərinin sözlərinə görə, ABŞ bu plana razılıq verib və bu, danışıqlar üçün əsas ola bilər".

Mehman
Xəbəri paylaş