Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanın elektrik enerjisinə tələbatı 100 GVt-a qədər arta bilər

Özbəkistanın elektrik enerjisinə tələbatı 100 GVt-a qədər arta bilər


2050-ci ilə qədər Özbəkistan əhalisi 53 milyona çatacaq və elektrik enerjisinə tələbat 100 GVt-a qədər arta bilər.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Xəbər Agentliyi məlumat yayın. Bildirilib ki, ölkənin sənayesinin və kənd təsərrüfatının sürətli inkişafı yeni elektrik enerjisi istehsal güclərinin inşasını tələb edir.

Lakin bununla belə karbohidrogen ehtiyatlarının azaldığı bildirilir. Bərpa olunan enerji mənbələri, əhəmiyyətinə baxmayaraq, fasiləli işləməsi və yüksək qiyməti səbəbindən bu problemi tam həll etmir.

Məlumata görə, ölkənin elektrik enerjisinə olan ehtiyacı hər il 6-8 faiz artır.

Süleyman
Xəbəri paylaş