
Yaponiyanın şimal-şərq sahillərində baş verən güclü zəlzələdən sonra 5,4 bal gücündə ən azı altı təkan qeydə alınıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Milli Meteorologiya Xidməti məlumat yayıb.
Üç metrə qədər sunami xəbərdarlığına səbəb olan güclü zəlzələnin maqnitudası əvvəlcə 7,4 olaraq qiymətləndirilib, sonradan isə 7,5-ə qaldırılıb. Günün ikinci yarısında zəlzələnin gücü 7,7 bal qiymətləndirilib.
Bəzi ərazilərdə hündürlüyü 80 sm-ə qədər olan dalğalar artıq sahilə çatıb. Daha yüksək dalğaların riski hələ də qalmaqdadır.
Anar











































