Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hörmüz boğazından 10 Hindistan gəmisi keçib

Hörmüz boğazından 10 Hindistan gəmisi keçib


Yaxın Şərqdə böhran başlayandan bəri Hindistan bayrağı altında on gəmi Hörmüz boğazından təhlükəsiz şəkildə keçib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Hindistan Xarici İşlər Nazirliyinin sözçüsü Randhir Caysval bildirib.

"On gəmimiz artıq Hörmüz boğazından təhlükəsiz şəkildə keçib və Hindistana çatıb", - deyə o bildirib.

Caysval əlavə edib ki, hazırda başqa bir Hindistan gəmisi yoldadır və tezliklə Hindistan sahillərinə çatacaq.

Diplomat qeyd edib ki, bir neçə Hindistan gəmisi Fars körfəzi bölgəsində qalıb:

"Hörmüz boğazından təhlükəsiz keçidlərini təmin etmək üçün İran və digər ölkələrlə əlaqə saxlayırıq".

Qeyd edək ki, aprel ayının əvvəlində Hindistan Limanlar və Gəmiçilik Nazirliyi Hörmüz boğazında ən azı 22 Hindistan bayrağı altında gəminin olduğunu bildirib. Hindistan hökuməti onlardan 20-sini ölkənin enerji təhlükəsizliyi üçün kritik hesab edib.

Mehman
Xəbəri paylaş