
İslamabadda gözlənilən ikinci raund danışıqlarında İran tərəfi iştirakda tərəddüd edir.
Newscenter.az xəbər verir ki, bunu siyasi şərhçi Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, ABŞ prezidentinin xüsusi nümayəndəsi Uitkof və kürəkəni Kuşner Pakistana səfər edib:
"İran ABŞ-dan Hörmüz boğazında blokadanı qaldırılmasını tələb edir. İkinci raund danışıqları baş tutarsa, ABŞ blokadanı aradan qaldıra bilər".
O deyib ki, İslamabad danışıqlarina İran qatılmasa danışıqlardan yayınan tərəf kimi qəbul ediləcək:
"Artıq D. Tramp yenidən İranı elektrik və strateji yol infrastrukturunun vuracağı ilə hədələyib. D.Trampın bu ultimatumu Tehran tərəfindən ciddi qəbul edilir. İslamabadda iştirak etmək üçün Pakistan İranla sıx danışıqlar aparır. İran danışıqlardan imtina edərsə, İsrail hücum etməyə hazırdır. Yeni hücum dalğası İran üçün daha da dağıdıcı ola bilər".
Məhəmməd Əsədullazadə hesab edir ki, İslamabadda danışıqlar prosesi baş tutarsa, müəyyən razılaşmalar əldə edilə bilər.
Süleyman








































