Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Niderland və Belçika parlamentinin qəbul etdiyi sənəd beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır

Niderland və Belçika parlamentinin qəbul etdiyi sənəd beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır


Bu günlərdə Belçika və Niderland Parlamentləri tərəfindən qəbul edilmiş sənədlər Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik olmaqla yanaşı, həm də Cənubi Qafqazda sülhə və təhlükəsizliyə yönəlmiş təhdiddir. Sözügedən ölkələrin parlamentlərinin qəbul etdiyi sənədlər regionda qalıcı, davamlı sülhə qarşı yönəlib və Ermənistanda revanşist qüvvələri yenidən hərəkətə gətirmək məqsədi daşıyır.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, hər iki ölkənin parlamentariləri zaman-zaman Azərbaycana qarşı qərəzli mövqe sərgiləyib, əsassız iddialar irəli sürüblər:

"Qəbul edilən sənədlərdə iddia olunur ki, guya Azərbaycan Ermənistan vətəndaşlarını qanunsuz olaraq həbsə atıb. Mövcud reallıq isə ondan ibarətdir ki, Bakı Hərbi Məhkəməsi tərəfindən müvafiq cəzaya məhkum edilmiş şəxslər Qarabağda separatçılıqla məşğul olan qeyri-qanuni erməni birləşmələrinin nümayəndələridir. Onların Azərbaycan xalqına qarşı törətdikləri cinayətlər də faktlarla sübuta yetirilib. Hətta onlardan bəziləri məhkəmə zamanı bunu açıq şəkildə etiraf ediblər".

ArzumaN Muradlı onu da deyib ki, Niderland və Belçika parlamentlərinin qəbul etdiyi sənədlərdə əksini tapan absurd iddialar, eyni zamanda beynəlxalq hüququn kobud şəkildə pozulması və qanunun aliliyinə açıq şəkildə müdaxilə cəhdidir.

"Təbii ki, bütün bunlar kağız parçasından başqa bir şey deyil. Heç bir kənar müdaxilə regionda başlanmış sülh prosesinə əngəl ola bilməz. Bu, yalnız erməni lobbisinin maliyyəsi əsasında bir qrup ermənipərəst deputat tərəfindən hazırlanmış və heç bir siyasi və hüquqi əsası olmayan sənəddir".

Süleyman
Xəbəri paylaş