Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın təhlükəsizliyi gücləndiriləcək

Trampın təhlükəsizliyi gücləndiriləcək


Ağ Ev, 25 apreldə Vaşinqtonda keçirilən qəbulda baş verən hadisə ilə əlaqədar ABŞ Prezidenti Donald Trampın təhlükəsizliyinin gücləndirilməsini istisna etməyib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolin Livitt mətbuat üçün brifinqində deyib.

O, həmçinin deyib ki, ABŞ administrasiyası ehtiyat tədbiri olaraq ABŞ vitse-prezidenti J.D. Vensin Ağ Ev Müxbirləri Assosiasiyasının qarşıdan gələn qəbulunda iştirakını məhdudlaşdıra və onun tədbirdə iştirakına qarşı qərar verə bilər.

"Bilirəm ki, bu, nəzərdən keçiriləcək", - deyə Livitt bildirib.

Anar
Xəbəri paylaş