
Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Rusiya Federasiyasına rəsmi səfərə gəlir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Konqo Prezident Administrasiyasının rəsmi hesabında dərc olunmuş açıqlamada bildirilib.
Deni Sassu-Nqessonun Rusiya Prezidenti Vladimir Putin, eləcə də digər yüksək vəzifəli Rusiya siyasətçiləri və iş adamları ilə danışıqlar aparması gözlənilir. Müzakirələr dünyada dərin geosiyasi dəyişikliklər fonunda iqtisadi tərəfdaşlığın inkişafı, investisiyaların artırılması və əməkdaşlıq perspektivlərinə yönələcək.
Qeyd edək ki, son vaxtlar Rusiyanın Afrika ölkələri ilə əlaqələrində inkişaf dinamikası nəzərə çarpır.
Anar











































