
Belarus Prezidenti Aleksandr Lukaşenko İran Prezidenti Məsud Pezeşkianla Fars körfəzi bölgəsindəki vəziyyəti müzakirə edib.
Newscenter.az xəbər verir ki, bu barədə BelTA xəbər agentliyi məlumat yayıb. Məlumata görə, iki ölkə rəhbəri arasında gedən telefon danışığı İran tərəfinin təşəbbüsü ilə baş tutub.
Pezeşkian Belarus dövlət başçısına Fars körfəzi bölgəsindəki vəziyyət, eləcə də Tehranın Vaşinqtonla son danışıqlardakı mövqeyi barədə məlumat verib. Tərəflər sülh razılaşmasına nail olmaqda əsas maneənin etimadsızlıq olduğunu etiraf ediblər.
Lukaşenko Belarusun münaqişənin tezliklə həllində maraqlı olduğunu vurğulayıb. İran prezidenti isə öz növbəsində belaruslu həmkarına prinsipial və ardıcıl mövqeyinə görə təşəkkür edib.
Süleyman










































