Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Zelenski Lukaşenkonun iki oğluna qarşı sanksiyalar tətbiq etdi

Zelenski Lukaşenkonun iki oğluna qarşı sanksiyalar tətbiq etdi


Ukrayna prezidenti Volodimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun iki oğluna qarşı 10 il müddətinə sanksiyalar tətbiq edib.

Newscenter.az TASS-a istinadən bildirir ki, bununla bağlı Ukrayna lideri müvafiq fərman imzalayıb. Fərmana əsasən, Viktor və Dmitri Lukaşenkoya qarşı sanksiyalar tətbiq olunur. Eyni zamanda Belarus Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveykoya da məhdudiyyətlər tətbiq edilib.

Qeyd edək ki, Ukraynanın sanksiya siyahısında cəmi 16 Belarus vətəndaşı var. Zelenski onlara qarşı aktivlərin dondurulması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi, ticarət əməliyyatlarının dayandırılması və Ukraynanın dövlət mükafatlarından daimi məhrum edilməsi daxil olmaqla 16 növ standart məhdudlaşdırıcı tədbir tətbiq edib.

Bundan əlavə, sanksiya siyahısına 11 hüquqi şəxs əlavə edilib. Bunlara Minsk TermoPlast Zavodu, Minsk Mülki Aviasiya 407 nömrəli Zavodu, Vitebsk Elektrik Ölçmə Cihazları Zavodu və Borisov Plastik Məmulatlar Zavodu daxildir. Onlara 10 il müddətinə on altı növ məhdudiyyət tətbiq olunur.

Anar
Xəbəri paylaş