
Litva Rusiya və Belarusdan ölkəyə gələn və çənlərində 200 litrdən çox yanacaq olan nəqliyyat vasitələrinin girişinə qadağa tətbiq edir.
Newscenter.az TASS-a istinadən bildirir ki, qadağa 3 may tarixindən etibarən qüvvəyə minəcək. Bu barədə Litvanın Gömrük Departamenti məlumat verib.
Litva Prezidenti tərəfindən imzalanan sənədə əsasən, qadağa 31 dekabr 2027-ci ilə qədər qüvvədə qalacaq.
Gömrük Departamenti bu məhdudiyyəti tətbiq edib. Qurum iddia edir ki, çənlərdə saxlanılan artıq yanacaq satış üçün utilizasiya edilir.
Məlumatına görə, orta hesabla Litvaya gündə təxminən 200 Rusiya və Belarus qeydiyyatlı yük maşını, ayda isə 7100 yük maşını daxil olur. Həmin bir yük maşınlarından qanunsuz olaraq 500 litr dizel yanacağı boşaldılarsa, bu, gündə 100.000 litrə bərabər yanacaq deməkdir. Nəticədə, dövlət ayda ödənilməmiş 2,2 milyon avro vergi itirəcək.
Mehman










































