
Çiçəklənən Ermənistan Partiyasının lideri Qaqik Tsarukyan və Ermənistan blokunun lideri, keçmiş prezident Robert Köçəryan rusiyalı iş adamı və Güclü Ermənistan Partiyasının lideri Samvel Karapetyana dəstək verəcək.
Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Karapetyan yerli mediaya verdiyi açıqlamada deyib.
"Biz yalnız qələbə üçün gedirik. Bir neçə gün əvvəl Qaqik Tsarukyan və Robert Köçəryan parlament seçkilərində birinci olanı dəstəkləyəcəklərini açıqladılar. Qələbəyə əmin olduğumuz üçün bu o deməkdir ki, onların elanı bizimlə bağlı idi", - deyə Karapetyan bildirib. Daha əvvəl isə Karapetyanın rəhbərlik etdiyi "Güclü Ermənistan" bloku "Hayakve" assosiasiyası ilə əməkdaşlıq memorandumu imzalayıb.
Qeyd edək ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Süleyman










































