
ABŞ administrasiyası tezliklə çox maraqlı məlumatlar da daxil olmaqla, naməlum uçan obyektlər (UNO) haqqında çoxlu bilgilər yayımlamaq niyyətindədir.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib.
Tramp Ağ Evdə jurnalistlərə Amerika hökumətinin UFO arxivlərini açıqlayıb-açıqlamayacağı ilə bağlı sualı cavablandırarkən bildirib ki, yaxın gələcəkdə bacardığımız qədər çox məlumatı yayımlayacağıq:
"Əlimizdə olanların çoxunu açıqlayacağıq. Düşünürəm ki, bəziləri insanlar üçün çox maraqlı olacaq".
O, həmçinin yaxın keçmişdə UNO-lar mövzusunu, o cümlədən bu cür hadisələri müşahidə edən Amerika hərbi pilotları ilə müzakirə etdiyini də bildirib. ABŞ prezidentinin sözlərinə görə, onlar inanılmaz şeylər gördüklərini deyiblər.
"Beləliklə, bu barədə oxuyacaqsınız", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Qeyd edək ki, fevral ayında Tramp, ABŞ hökumətinin yerdən kənar həyat formaları və naməlum uçan obyektlər haqqında sənədləri yayımlamağa başlayacağına söz verib.
Anar










































