
"Maraqları məzhəb yox, siyasət müəyyən edir. Bu reallıq Türk dünyasına da aiddir. Bu gün görürük ki, fərqli dini kimliklərə malik siyasətçilər tam fərqli mövqelər sərgiləyə bilirlər. Məsələn, xristian bəlıdiyyə başqan Eric Adams Türkiyə və Azərbaycana münasibətdə daha konstruktiv və dialoqa açıq mövqe nümayiş etdirir. Digər tərəfdən, şiə müsəlman bələdiyyə başqan Zohran Mamdani isə qondarma “erməni soyqırımı” iddiaları ilə bağlı yalan və iftiraya söykənın sərt və tənqidi yanaşma ortaya qoyur".
Newscenter.az xəbər verir ki, bunları beynəlxalq hüquq üzrə elmlər doktoru Səftər Rəhimli deyib. Onun sözlərinə görə, bu fərq bir daha göstərir ki, beynəlxalq münasibətlərdə əsas amil emosiyalar və ya dini kimlik deyil siyasi maraqlardır:
"Dünya sadə və ədalətli bir məkan deyil. Güc balansının hökm sürdüyü bu sistemdə ya öz mövqeyini möhkəmləndirəcəksən, ya da başqalarının oyununun bir hissəsinə çevriləcəksən. Məhz buna görə də Türk xalqları arasında həmrəylik və əməkdaşlıq hər zamankından daha vacibdir. Bu, sadəcə bir şüar deyil, ortaq təhlükəsizliyin və gələcəyin təminatıdır".
Süleyman










































