
Networkstan təşkilatçılığı ilə “Liderlik bacarıqları və idarəetmə üslubları” mövzusunda təlim keçirilib

Newscenter.az xəbər verir ki, təlimdə iştirakçılar liderliyin əsas prinsipləri, effektiv idarəetmə yanaşmaları, rəhbərlik üslubları və komanda ilə düzgün ünsiyyət qurma bacarıqları haqqında biliklərini genişləndirdilər.
Təlimçi Toğrul Ələkbərov tərəfindən təqdim olunan praktiki biliklər və təcrübə mübadiləsi iştirakçılar üçün faydalı və interaktiv mühit yaratdı.

Networkstan inanır ki, güclü biznesin təməlində güclü liderlər və peşəkar idarəetmə dayanır.
Süleyman












































