
Rusiya xarici işlər naziri Sergey Lavrovun rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti G20 Xarici İşlər Nazirlərinin görüşündə iştirak etmək üçün Atlantaya gəlib.
Newscenter.az TASS-a istinadən bildirir ki, G20 Xarici İşlər Nazirləri Şurası 30-31 oktyabr tarixlərində Atlantada keçiriləcək. Diplomatik qurumlar rəhbərlərinin görüşü 14-15 dekabr tarixlərində Mayamidə keçiriləcək G20 sammitinə hazırlıq çərçivəsində əsas tədbir olacaq. Rusiya liderinin mətbuat katibi Dmitri Peskovun verdiyi məlumata görə, Rusiya prezidenti Vladimir Putinin Mayamidə keçiriləcək G20 sammitində şəxsən iştirak edib-etməyəcəyi ilə bağlı hələlik qərar verilməyib. ABŞ prezidenti Donald Tramp Putini sammitdə görmək istədiyini bildirib. G20 sammiti Mayami yaxınlığındakı Doralda keçiriləcək.
Anar












































