Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

I Bakı beynəlxalq incəsənət sərgisnin keçirilməsi təklif olunur

I Bakı beynəlxalq incəsənət sərgisnin keçirilməsi təklif olunur


"Bakı Ekspo Mərkəzində keçirilən XII Bakı Beynəlxalq Kitab Sərgisi kitaba sevgi aşılamaq, oxucuları və alıcıları bir araya gətirmək məqsədi daşıyan möhtəşəm bir mədəniyyət hadisəsidir".

Newscenter.az xəbər verir ki, bunu deyən Milli Məclisin deputatı Ülviyyə Həmzəyevanın sözlərinə görə, bu möhtəşəm hadisə təkcə mütaliəni təbliğ etmək və oxucuları cəlb etmək üçün deyil, həm də yazarları, şairləri və onların dəyərli əsərlərini daha yaxından tanımaq üçün mükəmməl bir platformadır:

"Təklif edirəm, eyni məkanda l Bakı beynəlxalq və ya milli incəsənət sərgisi keçirilsin! Belə olan təqdirdə, yaradıcı şəxsləri daha yaxından tanımaq, əsərlərini əldə etmək və onların həyat və yaradıcılıq yolunu öyrənmək imkanımız olar!".

Deputat qeyd edib ki, Azərbaycanda kitabsevərlərlə yanaşı, sənətsevərlər də az deyil:

"Bu sənət adamları üçün gözəl imkan olar".

Süleyman
Xəbəri paylaş