Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

təhsil müəssisəsi elm ocağıdır, hərənin özbaşına hərəkət edəcəyi yer deyil

təhsil müəssisəsi elm ocağıdır, hərənin özbaşına hərəkət edəcəyi yer deyil


"Son vaxtlar məktəblərdə və cəmiyyətdə baş verənləri izlədikcə haqlı olaraq sual yaranır: Biz hara gedirik? Məktəb nizam-intizamı, geyim qaydaları hər bir təhsil müəssisəsi üçün qanunla tənzimlənir. Amma təəssüf ki, bu qaydalar seçici şəkildə tətbiq olunur. Niyə ölkəmizdə qanuni məktəb formasından kənara çıxan, hətta təhsil ocağının etikasına zidd olan qısa yubkalarla, makiyajla, saçları açıq və müxtəlif aksesuarlarla məktəbə gələn şagirdlərə qarşı heç bir ciddi tədbir görülmür?"

Newscenter.az xəbər verir ki, bunları BDU-nun məzunu, ictimai fəal Gülarə Babayeva deyib. Onun sözlərinə görə, məktəb nizamnaməsində bunların hamısı qadağan olunduğu halda, hər şeyə səssiz qalınır:

"Ümumiyyətlə, əxlaqsızlığın və intizamsızlığın qarşısı niyə vaxtında və qətiyyətlə alınmır? Niyə qanunlar hamı üçün eyni işləmir? Niyə əsl nizam-intizam pozuntularına göz yumulur, amma başqa məsələlərdə qadağalar işə düşür?".

Gülarə Babayeva qeyd edib ki, təhsil müəssisəsi elm ocağıdır, hərənin özbaşına hərəkət edəcəyi yer deyil:

"Məktəblərimizdə sağlam mühitin, əxlaqın və bərabər qaydaların bərqərar olmasını tələb etmək hər bir vicdanlı vətəndaşın haqqıdır".

Süleyman
Xəbəri paylaş