Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Xarici ticarət dövriyyəsi 9 ayda 65,4 milyard dollara çatıb

Xarici ticarət dövriyyəsi 9 ayda 65,4 milyard dollara çatıb



Özbəkistanın xarici ticarət dövriyyəsi 2026-cı ilin yanvar-sentyabr aylarında 65,4 milyard dollar təşkil edib.

Newscenter.az xəbər verir ki, bu barədə Özbəkistanın Milli Statistika Komitəsi məlumat yayıb. Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 milyard dollar və ya 6,3% çoxdur.

Lakin artım əsasən idxal hesabına baş verib. Keçən ilin eyni dövrü ilə müqayisədə 5,36 milyard dollar artaraq 39,6 milyard dollara çatıb. İxrac 1,49 milyard dollar azalaraq 25,8 milyard dollara düşüb və nəticədə 13,7 milyard dollarlıq mənfi xarici ticarət saldosu yaranıb. Eyni zamanda, qızıl istisna olmaqla, mal ixracı illik müqayisədə 31,6 faiz artaraq 13,3 milyard dollara çatıb.

Süleyman
Xəbəri paylaş