Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Pentaqon Ukraynaya 400 milyon dollarlıq hərbi yardım ayırıb

Pentaqon Ukraynaya 400 milyon dollarlıq hərbi yardım ayırıb


Pentaqon Ukraynaya əvəllər dondurulmuş 400 milyon dollarlıq hərbi yardımın ayrılmasını qərarlaşdırıb.

Newscenter.az TASS-a istinadən bildirir ki, bunu Pentaqon rəsmisi Pit Heqset deyib.

O qeyd edib ki, qərar ABŞ senatoru Miç Makkonnellin müdafiə nazirinin müavini Elbric Kolbini Ukraynaya hərbi yardım paketinin köçürülməsini gecikdirməkdə günahlandırmasından sonra verilib.

Xatırladaq ki, 2025-ci ilin dekabr ayında ABŞ Müdafiə Nazirliyi 2026 və 2027 maliyyə illərində Ukraynaya ümumilikdə 800 milyon dollar ayırmağı nəzərdə tutan büdcə təklifini dərc etdi. Növbəti 400 milyon dolların isə nə vaxt ayrılacağı hələlik açıqlanmayıb.

Anar
Xəbəri paylaş